Gənclər və idman naziri: "Olimpiadada bəzi idmançılardan gözləntilərimiz daha çox idi"
"Yay Olimpiya Oyunlarında bəzi idmançılardan gözləntilərimiz daha çox idi".
Sportline.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, idmançıları dəstəkləməyin vacibliyini vurğulayıb: "Daim onların yanında olmalıyıq. Təbii ki, planımız var idi. İki aydan bir federasiyalarla görüş keçiririk. Hər məsələni müzakirə etməyə, bütün qurumları dinləməyə çalışırıq. Onların proqnozları və təhlilləri əsasında təxminlərimiz oldu. Bu, idmandır. Yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) qızıl mükafat əldə etmək imkanı var idi. Amma alınmadı. Düşünürəm ki, gəncdir və növbəti olimpiadaların birində bizi sevindirəcək”.