Gənclər və İdman Nazirliyində VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görüş keçirilib

İyunun 11-də Gənclər və İdman Nazirliyində (GİN) VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Sportline.az-a GİN-in mətbuat xidmətindən məlumat verilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında hazırlıq prosesində federasiyalarla sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə əvvəlcə iştirakçılara yarış haqqında ümumi məlumat təqdim olunub. Sonra yarış cədvəli, idman növləri, oyunların keçiriləcəyi məkanlar, açılış və bağlanış mərasimləri barədə məlumat verilib, digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.