"Giro d'Italia" veloyürüşündə 12-ci mərhələ yekunlaşdı
“Giro d’Italia” veloyürüşündə mübarizə davam edir.
Sportline.az xəbər verir ki, “Giro d’Italia” veloyürüşünün 12-ci mərhələsində iştirakçılar 158 km məsafəni qət ediblər.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi italiyalı Çezare Benedetti olub. O, finiş xəttinə 3 saat 41 dəqiqə 49 saniyəyə çatıb. Bu, italiyalı velosipedçinin “Giro d’Italia”nın cari mövsümündə ilk qələbəsidir. Benedettinin həmyerlisi Damiano Karuzo və irlandiyalı Edvard Danbar liderlə eyni nəticəni göstərsə də, onlar fotofinişə əsasən müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.
12 turdan sonra ümumi sıralamaya sloveniyalı idmançı Yan Polants başçılıq edir. Onun ən yaxın izləyicisi həmyerlisi Primoj Roqliçdir. İlk üçlüyü isə yerli velosipedçi Valerio Konti tamamlayır.
Qeyd edək ki, “Giro d’Italia” veloyürüşü 21 mərhələdən ibarətdir. Yarışlara iyunun 2-də yekun vurulacaq.