"Giro d'Italia" veloyürüşündə 15-ci mərhələ yekunlaşdı
“Giro d’Italia” veloyürüşünün 15-ci mərhələsində iştirakçılar 232 km məsafəni qət ediblər.
Sportline.az xəbər verir ki, maraqlı mübarizə şəraitində keçən yarışın qalibi italiyalı Dario Kataldo olub. O, finiş xəttinə 5 saat 48 dəqiqə 15 saniyəyə çatıb. Bu, italiyalı velosipedçinin “Giro d’Italia”nın cari mövsümündə ilk qələbəsidir. Kataldonun həmyerlisi Mattia Kattaneo liderlə eyni nəticəni göstərsə də, fotofinişə əsasən 2-ci pillədə qərarlaşıb. İlk üçlüyü isə Birləşmiş Krallıq velosipedçisi Saymon Yeyts tamamlayıb.
15 turdan sonra ümumi sıralamaya ekvadorlu Riçard Karapas başçılıq edir. Onun ən yaxın izləyicisi sloveniyalı Primoj Roqliçdir. Üçüncü pillədə isə yerli idmançı – Vinçentso Nibali qərarlaşıb. Qeyd edək ki, “Giro d’Italia” veloyürüşü 21 mərhələdən ibarətdir. Yarışlara iyunun 2-də yekun vurulacaq.