Görmə məhdudiyyətli idmançımız Avropa üçüncüsü oldu

Azərbaycan pauerliftinqçisi Məhərrəm Qasımov Gürcüstanın Bakuriani şəhərində keçirilən “Bakuriani 2021 IBSA Powerlifting European and World Championships” yarışında qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, idmançı bürünc medal qazaraq Avropa üçüncüsü olub.

Qeyd edək ki, görmə məhdudiyyətli idmançılar arasında təşkil olunan yarışda Azərbaycan ilk dəfə iştirak edib.