"Göztepe" klubu heyətini 2 futbolçu ilə gücləndirib

Super Liqanın yeni komandalarında "Göztepe" iki müdafiəçi ilə razılıq əldə edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir təmsilçisi Koray Günter və Nazım Sangareni heyətinə qatdığını açıqlayıb.

Koray Günter icarə əsasında "Hellas Verona"dan heyətə cəlb olunarkən, Nazım Sangare ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Göztəpə" klubu ötən mövsüm Türkiyə 2-ci liqasını ikinci sırada tamamlayıb və elitaya vəsiqə qazanıb.