"Göztepe" klubunun yeni formaları təqdim olunub
"Göztepe" klubu 2024/2025 mövsümündə geyinəcəyi formaları təqdim edib.
Sportline.az xəbər verir ki, İzmir təmsilçisi yeni formaların təqdimatını məhşur aktyor Rıza Kocaoğlunun iştirak etdiyi videoçarxla açıqlayıb.
2025-ci ildə 100 illiyini qeyd edəcək “Göztepe” bunun üçün nəzərdə tutulan formanı gələcəkdə təqdim edəcək.
Qeyd edək ki, Super Liqanın yeni komandası "Göztepe" ilk həftə "Antalyaspor"la səfərdə qarşılaşacaq.Türkiyə Çempionatında yeni mövsüm avqustun 11-də başlanacaq.