"Göztəpə" Super Liqada

Növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək daha bir klubun adına aydınlıq gəlib.

SportLine.az xəbər verir ki, "Əskişəhərspor" və "Göztəpə" komandalarının duelində elitaya növbəti vəsiqənin sahibi bəlli olub. 

Gərgin keçən mübarizənin əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

Penaltilər seriyasında isə İzmir təmsilçisi daha dəqiq oynayıb - 3:2.

Nəticədə, "Göztəpə" 14 illik fasilədən sonra Super Liqada çıxış etmək hüququ qazanıb. 

Qeyd edək ki, bunadək “Sivasspor” və “Yeni Malatyaspor” da elitaya yüksəlib.