Gürcüstan - Azərbaycan duelində qollu heç-heçə

Bu gün Tiflisdə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
 
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
 
Yığmamızın qollarını Umnisə Əliyeva və Melis Ersoy vurub.
 
Qeyd edək ki, komandalar daha 1 oyun keçirəcək.