Gyökereşin transferində İngiltərə klubu öndədir

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereş karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az “Record” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubu Gyökereşi mövsümün sonunda heyetinə qatacaq. London klubunun rəhbərliyi Gyökereş üçün “Sportinq”ə 80 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Viktor Gyökereşin “Sportinq”lə müqavilə müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 26 qol və 4 asistlə yadda qalıb.