Haalanddan fantastik göstərici

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqanın 28-ci turunun təxirə salınmış "Vest Hem"lə matçında (3:0) qol vurub. 

Sportline.az xəbər verir ki, bu, norveçli hücumçunun ölkə çempionatında 2022/2023  mövsümdə vurduğu 35-ci qolu olub. Bununla da o, bir mövsümdə vurulan qolların sayına görə İngiltərə çempionatının mütləq rekordunu qırıb. Haaland 1993/1994 mövsümündə 40 matçda 34 qol vuran Endi Koul və 1994/1995 mövsümündə 34 qol vuran Alan Şirerin rekordunu yeniləyib.

Haaland eyni zamanda bu mövsüm  Premyer Liqada 5 komandadan daha çox qol vurub. "Çelsi", "Vulverhempton", "Nottinqem Forest", "Everton" və "Southempton bir mövsümdə 35-dən az qol vurub.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm  Premyer Liqada 31 oyuna çıxıb. "Mançester Siti"nin bu mövsümün sonuna qədər ölkə çempionatında daha beş oyunu var.

Banner