Hacı Əliyevin qalmaqallı görüşü

Qazaxıstan paytaxtında keçirilən dünya çempionatında, sərbəst güləşçimiz Hacı Əliyevin rusiyalı Hacımurad Rəşidovla görüşü qalmaqalla yadda qalıb.

Sportline.az xəbər verir ki, 3 qat dünya çempionumuz hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3.

Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul olunub. Üstəlik, Rəşidova bir xal da verilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib olunub - 4:2. 

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər.