Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirmək qərarına gəlib. 

Sportline.az xəbər verir ki, "Fənərbağça"nın rəhbərliyi bu həftə 32 yaşlı futbolçunun meneceri ilə görüşəcək.

Jurnalist Fatih Demirkolun məlumatına görə, Hakan "Fənərbağça"da çıxış etməyə isti yanaşır.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün dəyəri 18 milyon avrodur.