Hakan Çalhanoğlu "Qalatasaray" azarkeşlərindən üzr istəyib

Hakan Çalhanoğlu "Qalatasaray" azarkeşlərindən üzr istəyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "İnter" klubunun təcrübəli yarımmüdafiəçisi mediaya verdiyi açıqlamasının yanlış anlaşılması səbəbi ilə "sarı-qırmızlar"ın fanatlarından üzr istəməli olub.

"Mənim dediklərim yanlış anlaşılıb. "Qalatasaray" klubunu sevirəm, gələcəkdə Türkiyədə futbolçu karyeramı davam etdirmək istəsəm yalnız "Qalatasaray"da oynayaram. Hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, Hakan Çalhanoğlu daha öncəki açıqlamsında əsla "Qalatasaray" klubunda çıxış etmərəm demişdi.