Hakan Çalhanoğlunun transfer qiyməti bəlli olub

"İnter" türkiyəli futbolçusu Hakan Çalhanoğlunun transfer qiymətini açıqlayıb.

Sportline.az "Sky Sports İtalia"ya istinadən xəbər verir ki, Milan klubu 31 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.

"Mançester Yunayted" və "Fulhem" klubları Hakanla yaxından maraqlanır.

Qeyd edək ki, təcrübəli futbolçunun "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Hakan Çalhanoğlu ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 11 qol 8 asist müəllifi olub.