Hans Flik xorvatiyalı futbolçunun xidmətində maraqlıdır
"Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik yay transfer dönəmində xorvatiyalı yarımmüdafiəçi İvan Perişiçin transfer olunmasını rəhbərlikdən xahiş edib.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı ötən mövsüm PSV klubunda çıxış edən 36 yaşlı futbolçunun "Barselona"ya faydalı ola biləcəyinə rəhbərliyi inandırmağa çalışır.
Flik Perişiçin təcrübəli və çoxşaxəli oyunçu olduğunu vurğulayır.
Qeyd edək ki, bu iki şəxs əvvəllər Almaniyanın "Bayern Münhen" klubunda birgə çalışıblar.