Harri Keyn üçün 93 milyon avro
"Bavariya" Harri Keyn sevdasından əl çəkmir.
Sportline.az "CBS Sport"a istinadən xəbər verir ki, münhenlilər İngiltərə millisinin üzvü üçün 93 milyon avro ödəməyə hazırdırlar.
"Tottenhem"in isə Keynlə bağlı bütün təkliflərdən imtina etdiyi deyilir.
Londonlular "Bavariya"nın 70 milyon avro və əlavə bonusları özündə əks etdirən təklifini də geri çevirmişdilər.
Bununla belə, mənbə Keynin münhenlilərlə şəxsi müqavilənin şərtlərini razılaşdırdığını bildirir.