Harri Keynə daha bir mükafat
"Tottenhem"in futbolçusu Harri Keyn daha bir mükafata layiq görülüb. SportLine.az xəbər verir ki, o, İngiltərə millisində 2017-ci ilin ən yaxşı oyunçusu seçilib.
Səslərin 75%-ini toplayan futolçu ilk dəfədir bu mükafata yiyələnir. H.Keyn ötən il milli komandanın heyətində keçirdiyi 6 oyunda iki qolla yadda qalıb.
Qeyd edək ki, bundan öncə Ueyn Runi iki dəfə, Stiven Cerrard və Adam Lallana isə hərəyə bir dəfə bu mükafata sahib çıxıb.