Harri Keynə maraqlı təklif

“Mançester Yunayted” azarkeşləri İngiltərə millisinin hücumçusu Harri Keyni komandalarında gösmək istəyirlər.

Sportline.az xəbər verir ki, “İngiltərə Premyer Liqasın”ın 33 turunun “Tottenhem” - “Mançester Yunayted” oyununda “qırmızı şeytanlar”ın azarkeşləri Hari Keyni komandalarına dəvət ediblər.

Mançesterli fanatlar “səni iyunda Old Trafforda gözləyirik” deyərək oyunçunu klubda görmək istədiklərini bildiriblər.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.