Harri Keynin ailəsi avtomobil qəzası keçirib

İngiltərəli futbolçu Harri Keynin ailəsi avtomobil qəzası keçirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Bavariya" klubunda çıxış edən futbolçunun həyat yoldaşı və övladının olduğu avtomobil yoldan çıxaraq əkin ərazisinə girib. 

Almaniya mediasında qəza ilə bağlı xəbərlər yayılsa da futbolçunun ailəsinin vəziyyəti ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Harri Keyn bu səbəbə görə növbəti görüşlərə çıxmamaq üçün komanda rəhbərliyindən icazə alıb.