Harri Maquayr “Mançester Yunayted”i tərk edə bilər
“Mançester Yunayted”in ingiltərəli futbolçusu Harri Maquayrın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubu H.Maquayrla yeni müqavilə imzalamaq niyyətində deyil. Bu səbəbdən mövsümün sonunda futbolçu satışa çıxarılacaq.
Harrinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 18 milyon avrodur.