Hazardın yeni planı
"Real"ın futbolçusu Eden Hazard klubdan ayrılmaq fikrindədir.
Sportline.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sabiq komandası "Çelsi"yə qayıtmaq istəyir. Belçikalı oyunçu düşünür ki, "Real" Mbappeni transfer edəcək və bu halda onun Madrid təmsilçisinin əsas heyətində yer alma şansı daha da azalacaq.
Qeyd edək ki, Hazard başa çatan mövsüm La Liqada 14 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.