Həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, Alvaro Morata ("Yuventus"), Kinqsli Koman ("Bavariya"), Tete ("Şaxtyor" Donetsk) və Anxelinyo ("Leyptsiq") bu ad uğrunda mübarizə aparır.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə həftənin ən yaxşı oyunçusunu seçəcəklər.