Həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu ada İngiltərə "Arsenal"ından Nikolas Pepe, İngiltərə "Tottenhem"indən Karlos Vinisius, Almaniya "Bayer"indən Kerem Demirbay və Niderland PSV-sindən Kodi Qakpo iddia edir.

Pepe Norveçdə "Molde"ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan "Lüdoqorets"inə 4:0 qalib gəldikləri matçda iki qol vurub. Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrailin "Hapoel" (Beer-Şeva) komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.