Həmyerlimzin klubu ölkə çempionu oldu

Futbol üzrə Macarıstan çempionatının qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Ferentsvaroş" XXX turda "Uypeşt"i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Beləliklə, komanda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Ferentsvaroş" ən yaxın izləyicisi "Puşkaş Akademiya"sından 14 xal irəlidədir.

Budapeşt təmsilçisi ardıcıl 3-cü, tarixdə isə 32-ci çempionluğunu əldə edərək, Azərbaycan çempionuna potensial rəqib olub.

Qeyd edək ki, "Ferentsvaroş" klubunun prezidentinin əslən azərbaycanlı Qabor Qubadovdur.