“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Çexiya çempion, milimiz 4-cü oldu
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulub.
Sportline.az xəbər verir ki, Azərbaycan milli komandası üçüncü yer uğrunda matçına çıxıb Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstan yığması ilə üz-üzə gəlib. Əsas vaxtı 2:2 hesabıyla başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan qazaxlar qələbə qazanıb.
Turnirin final görüşündə isə Serbiya və Çexiya seçmə komandaları qarşılaşacaq.
Beynəlxalq Minifutbol Turniri
Üçüncülük matçı
19:00. Azərbaycan - Qazaxıstan - 2:2 (Penaltilər seriyası - 1:3)
Final
20:30. Çexiya - Serbiya - 4:3