Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək

Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə,olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Onu yarışda Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək. 

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-si aralığında Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.