Holandın transefri niyə alınmayıb? - Kuryoz səbəb

"Mançester Yunayted" 3 il öncə "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haalandı 3 milyon funt sterlinqə transfer etməyi əldən qaçırıb.

Sportline.az "Mirror"a istinadən xəbər verir ki, buna klub nümayəndəsi Con Murtouqun səhvi səbəb olub.  20 yaşlı hücumçu 2018-ci ildə hələ "Molde"də çıxış edərkən, Murtouq onun meneceri Cim Solbakken və Norveç klubunun rəhbərliyi ilə transferi müzakirə etmək üçün vaxt təyin edib. Lakin nümayəndə Norveçlə İngiltərə arasında 1 saat qurşağı fərqi olduğunu unudub. Belə ki, görüş 09:00-a planlaşdırılıb, lakin ölkələr arasında zaman fərqi olduğu üçün təyin olunan vaxtda danışıqlar baş tutmayıb. Nəticədə "Molde" Haalandın transferi ilə bağlı  "Zalsburq"la razılaşıb. "Mançester Yunayted" futbolçu üçün qarşı tərəfə zəng vuranda isə keçid çoxdan tamamlanmış olub.

"Mançester Yunayted" hazırda da Erlinq Haalandı heyətinə qatmaq istəyir. Baş məşqçi Ole Qunnar Sulşer onu komandasında görməkdə israrlıdır. Lakin oyunçunu transfer etmək istəyən nəhəng klubların sırasında "Mançester Siti", "Real", "Çelsi"də var.

Qeyd edək ki, Haaland ötən il "Zalsburq"dan "Borussiya"ya keçib.