Hollandiya - Azərbaycan oyununun vaxtı müəyyənləşdi
19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas təsnifat mərhələsinin təqvimi açıqlanıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin oyunlarının da vaxtı dəqiqləşib.
Sloveniyada keçiriləcək II qrupun matçlarında millimiz öncə Kipr, ardınca Hollandiya ilə qarşılaşacaq. Son turdakı Azərbaycan futzalçıları meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaqlar.
Bu qrupun oyunları Podçetrtek şəhərinin eyniadlı idman zalında təşkil olunacaq.
AVRO-2019-un əsas seçmə mərhələsi
II qrup
I tur, 27 mart
22:45. Azərbaycan - Kipr
II tur, 28 mart
19:00. Hollandiya - Azərbaycan
III tur, 30 mart
21:00. Azərbaycan – Sloveniya