"Real Madrid" və "Barselona" İstanbulda oynayacaq

İspaniya Super Kubokunun 2027-ci il turnirinin İstanbulda keçiriləcəyi rəsmən açıqlanıb.

Sportline.az xəbər verir ki, İspaniya Futbol Federasiyası yarışın fevralın 2-dən 7-dək İstanbulun Atatürk Olimpiya Stadionunda təşkil olunacağını bildirib. Turnirdə “Barselona”, “Real Madrid”, “Real Sosyedad” və “Atletiko Madrid” mübarizə aparacaq. Qeyd olunur ki, turnirə ev sahibliyi etmək üçün müxtəlif ölkələrdən ümumilikdə 7 təklif daxil olub. İspaniya Futbol Federasiyası və SELA şirkəti təqdim olunan variantları qiymətləndirdikdən sonra İstanbulun üzərində dayanıb.

Qeyd edək ki, Super Kubokun son beş turniri ardıcıl olaraq Səudiyyə Ərəbistanında keçirilib. Lakin 2027-ci ildə Asiya Kubokunun da Səudiyyə Ərəbistanında eyni tarixlərə təsadüf etməsi səbəbindən yarış üçün alternativ məkan seçilməli olub.