"Trabzonspor" transferə doymur

Türkiyənin "Trabzonspor" klubu yay transfer pəncərəsi çərçivəsində heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu iddia ilə İtaliya mediası çıxış edib. Xarici mətbuatın yazdığına görə, Qara dəniz təmsilçisinin hədəfindəki oyunçu futbol üzrə Türkiyə yığma komandasının kapitanı Hakan Çalhanoğludur. Baş məşqçi Fatih Tekkenin təcrübəli yarımmüdafiəçinin alınmasında israr etdiyi bildirilir.

Türkiyə mediası bu mövzuda sensasiya sayılacaq xəbər yayıb. Yerli mətbuat “Trabzonspor” klubunun prezidenti Ertuğrul Doğanın futbolçu ilə təmasa keçdiyini və tərəflər arasında ilkin razılığın əldə olunduğunu iddia edib. Məlumatda “İnter”dən ayrılmaq istəyən 32 yaşlı futbolçunun Trabzon klubuna keçməyə maraq göstərdiyi qeyd olunub.

Bu xəbər azarkeşlər arasında böyük rezonans doğurub. Məhəmməd Salah və Darvin Nunes kimi dünya ulduzlarının ardınca Hakan Çalhanoğlunun gəlişi Türkiyənin futbol gündəminin əsas xəbərinə çevrilib.