Honda "Neftçi"də ilk qolunu vurdu
Premyer Liqada yaranan fasilədən istifadə edən "Neftçi" bu gün yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, "ağ-qaralar" öz meydanında U-21 millimizlə qarşılaşıb.
Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:1. Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. "Neftçi"nin digər qollarını Mirabdulla Abbasov və Sabir Buqrin vurub. U-21 millimizin yeganə qolunu isə Musa Qurbanlı "Neftçi"nin qapısından keçirib.
Həmin görüntüləri təqdim edirik: