Hüqo Larsson Avropa nəhənglərinin transfer hədəfindədir
"Ayntraxt"ın isveçli futbolçusu Hüqo Larsson Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "RM Confidencial" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Mançester Siti" və "Tottenhem" H.Larssonu transfer etmək istəyən klubların siyahısında yer alır.
20 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 6 qol 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Hüqo Larssonun "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.