I Divizionda da VAR tətbiq olunub
Azərbaycan Premyer Liqası oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatının almaları zəruridir.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla əlaqədar cari mövsümdə ilk dəfə Azərbaycan I Divizionunda VAR sistemi tətbiq olunub.
Dünən “ASCO Arena”da keçirilmiş “Səbail-2” – MOİK qarşılaşmasının baş hakimi Kamran Əliyev olub.
Ona Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər.
Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetirib.