I Divizionda istefa xəbəri

Futbol üzrə Azərbaycan I divizonunda mübarizə aparan MOİK-in baş məşqçisi istefa verib. Sportline.az xəbər verir ki, 31 yaşlı mütəxəssis Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən sonra klubdan ayrılıb.

Qeyd edək ki, Ramil Əliyev ötən ilin noyabrından MOİK-i çalışdırırdı.