I Divizionun oyunu canlı yayımlanacaq

Azərbaycan birinci divizionunda 5-ci turun “Qaradağ Lökbatan” – “Zaqatala” oyunu  canlı yayımlanacaq.

SportLine.az-ın məlumatına görə, qarşılaşma "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, sözügedən matç oktyabrın 26-ı saat 15:00-da başlayacaq.