İbrahimoviç: "Maradona ölməyib"

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç  Dieqo Maradonanın ölümü ilə bağlı fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, isveçli futbolçu İnstaqram səhifəsindən paylaşımı zamanı 60 yaşında vəfat edən Maradonanın ürəklərdə yaşayacağını qeyd edib.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard yazıb: “Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.