İbrahimoviç mükafata doymur

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ölkəsi İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportline.az "Afronbladet" nəşrinə istinadən xəbər verir ki, bununla da 39 yaşlı hücumçu 12-ci dəfə İsveçdə "Qızıl top"un sahibi olub. Bu isə rekord göstəricidir.

İsveç "Qızıl top"u 1946-cı ildən bəri İsveç Futbol Federasiyası ilə ortaq şəkildə "Afronbladet" tərəfindən verilir .

Qeyd edək ki, İbrahimoviç bundan əvvəl 2005-ci ildə, 2007-2016-cı illər arasında ardıcıl 10 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilmişdi.