İbrahimoviç üçün 2017-ci il bitdi
Avropa Liqasında "Anderlext"ə qarşı görüşdə zədələnən "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin zədəsinin ciddi olduğu müəyyən edilib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, isveçli ulduz dizindən əməliyyat olunacaq.
Məlumata görə, futbolçu gələn ilin yanvar ayına kimi yaşıl meydanlardan uzaq qalacaq.