İbrahimoviçin son vəziyyəti

İtaliya A Seriyasının 8-ci turunun “Napoli” ilə matçında zədələnən “Milan”ın futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol dizindən zədə alan İbrahimoviçin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı diqqətə bildirilib.

Xatırladaq ki, İbrahimoviç “Napoli”yə 3:1 hesabı ilə qalib gədlikləri oyunda dubl edib. A Seriyasının bombardiri görüşün 79-cu dəqiqəsində zədələnərək meydana tərk edib.