İngiltərədə çempion olan futbolçu "Qalatasaray"a geri döndü

Çhempionşipdə "Lester Siti"nin formasını geyinən türkiyəli futbolçu Yunus Akgün komandadan ayrıldığını açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, mövsümün əvvəlində icarə əsasında "Lester"ə yollanan  Yunus Akgün "Qalatasaray"a geri qayıdıb.

Bu mövsüm Yunus Akgünün çıxış etdiyi "Lester Siti" Çempionşipi 97 xalla lider tamamlayaraq Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərə klubu ilə bu mövsüm 23 oyuna çıxan Yunus 1 qol, 2 asistlik performans göstərib.