İdmançılarımızın İrəvandakı çıxışlarının vaxtı

Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Sportline.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idmançılarımızdan körpücük üzərinə ilk olaraq aprelin 15-də Nazilə İsmayılova (49 kq) çıxacaq. 

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü isə aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.