İker Muniain məşqçiliyə başlayıb

"Atletik"in sabiq futbolçusu İker Muniain məşqçiliyə başlayıb.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu İker Muniain karyerasını başa vurduqdan dərhal sonra məşqçiliyə keçid edib.

32 yaşlı sabiq yarımmüdafiəçi “CD Derio” klubunun baş məşqçisi təyin olunub. Klub bu barədə rəsmi açıqlama yayıb.

“CD Derio” hazırda İspaniya futbolunun 5-ci səviyyəsində – regional liqalarda mübarizə aparır. Bu, Muniain üçün ilk məşqçilik təcrübəsi olacaq.