İlin ən yaxşı bombardirlərinin siyahısı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, cədvəldə beynəlxalq oyunlarda ən çox qol vuranlar yer alıb.

Milli komanda və qitəmiqyaslı klub turnirlərində ən azı 5 dəfə fərqlənənlərin siyahısına 27 futbolçu düşüb. Ötən ayla müqayisədə cədvəlin lideri dəyişib.

Dortmund “Borussiya”sının norveçli hücumçusu Erlinq Haland 1-ci sıraya yüksəlib. Millidə 6, klubda 8 dəfə fərqlənən forvardın aktivində 14 qol var.

Eyni sayda qola imza atan Romelu Lukaku ikincidir. O, Belçika yığmasında 5, “İnter”də 9 dəfə rəqib qapısına yol tapıb.

İlk “üçlüy”ü 10 qola sevinən Robert Levandovski qapayır. Polşa yığmasında 2 dəfə fərqlənən forvard “Bavariya”da 8 qol vurmağı bacarıb.