İlin ilk oyununda 3 xal

Valensiya" 2020-ci ildə ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda La Liqanın 19-cu turunda "Eybar"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

"Valensiya" - "Eybar" - 1:0
Qol: Qomes, 28

Bu qələbədən sonra xalını 31-ə yüksəldən "Valensiya" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Barselona" 39 xalla 1-ci (18 oyun), "Real" 37 xalla 2-ci (18 oyun), "Sevilya" 35 xalla 3-cüdür.