İlk qolu vuran dünyasını dəyişdi

PSJ-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.
 
Qinedu PSJ-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSJ-nin “Poiters”ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub – 1:1.
 
Qeyd edək ki, Paris klubunun əsası 1970-ci ildə qoyulub.