İlkin Qırtımov "Neftçi" ilə müqavilə bağladı
"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, söhbət müdafiəçi İlkin Qırtımovdan gedir. "Keşlə"nin sabiq futbolçusu ilə növbəti mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu milli komandanın heyətində 5 oyun keçirib.