"İmişli" "Şamaxı" ilə heç-heçə etdi, "Sabah" "Kəpəz"ə qarşı
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son oyun gününə iki görüş nəzərdə tutulub.
Əvvəlcə "İmişli" "Şamaxı"nı qəbul edib. Qubada keçirilən görüş qolsuz başa çatab - 0:0. Komandaların ilk dövrədəki oyununda "Şamaxı" 1:0 hesabı ilə qalib gəlib.
Günün son oyununda isə "Sabah" "Kəpəz"i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında "Sabah" 3:1 hesablı qələbə qazanıb.
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”
20 fevral (cümə)
“Turan Tovuz” - “Zirə” - 2:0
“Sumqayıt” - “Qəbələ” - 0:0
21 fevral (şənbə)
“Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2
"Neftçi" - "Qarabağ" (Təxirə salınıb)