"İmişli"də ciddi itki

"İmişli" komandası ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, əyalət təmsilçisinin əsas qapıçısı Andrey Sinenka zədələnib.

Belaruslu qolkiper "Turan Tovuz"a qarşı bugünkü oyunda xəsarət alıb.

Onu 83-cü dəqiqədə ehtiyat qapıçı Hüseynəli Quliyev əvəzləyib.

Qeyd edək ki, "İmişli" - "Turan Tovuz" görüşü 1-1 hesabı ilə nəticələnib.