"İndiana" "Nyu York Niks"i məğlub etdi

Milli Basketbol Assosiasiyasında (NBA) Şərq konfransının final oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, “Nyu York Niks” “Medison Squar Qarden” arenada “İndiana Peyser”lə üz-üzə gəlib.

Matça daha fəal başlayan “Nyu-York Niks” ilk periodu 36:34 hesabı ilə öndə başa vurub. Böyük fasiləyədə “Nyu York” öndə yollanıb. 69:62.

Fasilədən sonra oyunun senarisi dəyişib. “İndiana Peysers” inamlı oyunu sayəsində yekunda 138:135 hesabı ilə qalib gələrək seriyada önə keçib.1:0.

Matçın ən məhsuldar basketbolçusu Celen Brunson olub. 43 xal 1 ribaund 5 asist.

“İndiana Peysers”də isə ən yaxşı nəticəni Tayres Haliburton göstərib. 31 xal 4 ribaund 11 asist.